"Fənərbağça"nın futbolçusu Ömer Faruk Beyaz karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi "Ştutqart" klubu ilə razılığa gəlib. Bu barədə Almaniya təmsilçisi  rəsmi saytında məlumat yayıb. Yeni klubu ilə 4 illik müqavilə imzalayan Beyaz mövsümün sonunda Bundesliqa klubuna qoşulacaq.

Qeyd edək ki, "Fənərbağça"nın yetirməsi olan Ömer Faruk Beyaz 2020-ci ildən əsas komandada çıxış edir.