Mino Rayola "Borussiya"nın mövsümün sonu Erlinq Haalandı satmaq istəmədiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, super agent bu barədə "SPORT1"ə danışıb. Rayola bildirib ki, klubun bu qərarına hörmət etsə də, razılaşmır:

"Təsdiq edə bilərəm ki, "Borussiya" rəhbərliyi ilə görüşmüşəm. Klubun idman direktoru Mixael Cork bizə aydın şəkildə dedi ki, Dortmund klubu Erlinqi bu yay satmaq istəmir. Bu qərara hörmət edirəm, lakin bu o demək deyil ki, razılaşırıq".

Qeyd edək ki, "Real", "Barselona", Mançester klublarının hədəfində olan Erlinq Haalandın "Borussiya" ilə müqaviləsi 2024-cü ilə qədərdir.