Yoahim Lövün Avro-2020-dən sonra Almaniya millisindən ayrılacağı ilə bağlı verdiyi açıqlama həm yığma, həm də ölkə klublarında müəyyən gərginliyə səbəb olub.

İndi əsas sual Lövü hansı mütəxəssisin əvəzləyəcəyi və onu əvəzləyəcək məşqçinin yerinə kimin keçəcəyidir.

Offsideplus.az "90min"ə istinadla xəbər verir ki, Almaniya Futbol İttifaqının rəhbərliyi Hans Flikin xidmətində maraqlıdır. Ötən mövsüm "Bavariya" ilə mümkün 6 titulun hamısına sahib olan təcrübəli mütəxəssisin özü də millidə çalışmaq həvəsindədir. Çox güman, Flkin ölkənin bir nömrəli komandasına rəhbərlik edəcək.

Onun yerinə ən real namizəd isə Yurgen Kloppdur. "Bavariya" rəhbərliyi Kloppu vətənə qaytarmaq üçün artıq indidən əlaqə vasitələrini işə salıb. Səbəbkarın bu təklifə necə yanaşacağı maraq doğurur. Ehtimalara görə, hər şey "Liverpul"un növbəti mövsüm üçün təsdiqlənən büdcəsindən və heyətindən asılı olacaq.

Qeyd edək ki, "Bavariya" topladığı 65 xalla Bundesliqda liderlik edir. Aktivinə 52 xal yazdıran "Liverpul" isə lider "Mançester Siti"dən 22 xal geri qalır.