"Köln" baş məşqçisi Markus Qizdolu istefaya göndərib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Maynts"la matçdakı məğlubiyyət (2:3) 51 yaşlı mütəxəssisin sonunu gətirib. Komanda ilə yollarını ayıran Qizdol 8 oyun idi ki, qələbə qazana bilmirdi. 

28 oyundan sonra 23 xal toplayan "Köln" 18 komanda arasında 17-ci yerdədir.