Almaniya Bundesliqasının turunda "Yunion"la oyunda "Bavariya"nın futbolçusu Kinqsli Koman sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, bu barədə oyundan sonra komandanın baş məşqçisi Hans Flik danışıb. O, 24 yaşlı yarımmüdafiəçinin dizindən zədələndiyini açıqlayıb. Fransalı oyunçunun Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab görüşündə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, PSJ - "Bavariya" qarşılaşması aprelin 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.