"Barselona" və "Tottenhem" klubu Münhen "Bavariya"sının futbolçusu Jerom Boatenqi heyətinə qatmaq üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, sözügedən komandalar mövsümün sonunda azad agent statusu alacaq 32 yaşlı müdafiəçi üçün qarşı tərəflə danışıqlara başlayacaq.
Qeyd edək ki, Boatenq 2011-ci ildən Bundesliqa təmsilçisində çıxış edir.