Dortmund "Borussiya"sı Moskva "Spartak"nın futbolçusu ilə maraqlanır.

Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, yayda Erlinq Haalandı satmağı planlaşdıran almanlar artıq indidən norveçlinin əvəzləyicisini axtarır. Namizədlərdən biri Cordan Larssondur. "Borussiya"nın bu səbəblə "Spartak"a müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, 23 yaşlı futbolçu cari Rusiya Premyer Liqasında 24 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə verib. "Transfermarkt" Larssonun dəyərini 9 milyon avro göstərib.