Münhen "Bavariya"sı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə oyun öncəsi daha bir ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Serj Qnabri koronavirusa yoluxub. Bundan əvvəl futbolçunun soyuqdəyməsi və boğaz ağrılarının olduğu bildirilirdi.
Qeyd edək ki, komandanın bombardiri Robert Levandovski zədə səbəbindən 1 ay oynamayacaq.