"Herta"nın qapıçılar üzrə macar məşqçisi Jolt Petri həmyerlisi Peter Qulaçini tənqid edib.
Offsideplus.az xəbər verir ki, "Leyptsiq"in qolkiperi Qulaçi "Tvitter" hesabında "acsaládazcsalád" (Ailə ailədir) adlı haştaq altında bu sözləri yazıb:
"Hər kəsin bərabərlik haqqı var. Eyni şəkildə hər uşağın, hər cinsiyyətdən, rəngdən və hər hansısa dindən asılı olmadan xoşbəxt bir ailədə yaşamaq haqqı var".
Bununla da, o, Macarıstanda eynicinsli cütlüklərin övlad sahibi olmaq qadağasına etirazını bildirib.
"Herta"nın məşqçisi Jolt Petri isə həmyerlisinin bu fikirlərini tənqid edib və "Avropanın əxlaqi cəhətdən çökməsini və Qulaçinin də bu sözlərinin hardan gəldiyini başa düşə bilmirəm", - deyə bildirib.
Petrinin bu tənqidi fikirləri ölkəsində sərt qarşılanıb və azarkeşlər "Herta"klubun idman direktoru Arne Fridrixin bu barədə açıqlama verməsini tələb edirlər.