"Leyptsiq" növbəti transferini gerçəkləşdirib.

Offsideplus.az klub saytına istinadla xəbər verir ki, Leyptsiqin eyniadlı klubu Mohamed Simakanın keçidini həll edib. Almaniya təmsilçisi buna görə "Strasburq"a 17 milyon avro ödəyəcək. Qaydalara əsasən 20 yaşlı mərkəz müdafiəçisi "Leyptsiq"ə mövsüm başa çatandan sonra qoşulacaq.

Qeyd edək ki, Simakan cari Liqa 1 mövsümündə 19 oyunda forma geyinərək 1 qola imza atıb.