Jerom Boatenq "Bavariya"nı tərk edir.

Offsideplus.az "Bild"ə istinadla xəbər verir ki, buna səbəb futbolçunun klub rəhbərliyindən isti münasibət görməməsidir. Belə ki, təcrübəli müdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatır, lakin indiyə qədər onunla yeni sözləşmə barədə danışan olmayıb. Jeromla agenti bu münasibətdən məyus olub və artıq indidən yeni klub axtarışına başlanılıb. Mənbənin məlumatına görə, hətta bundan sonra yeni təklif olsa, Boatenq razılaşmayacaq. 

Qeyd edək ki, 32 yaşlı futbolçu 2011-ci ildən bu yana "Bavariya"nın uğurları üçün tər tökür.