Yoahim Lövün AÇ-2020-nin final mərhələsinin oyunlarından sonra Almaniya millisindən gedəcəyi məlumdur.
Son günlər sual doğuran əsas məqam yığmanın baş məşqçi postunda Lövü kimin əvəzləyəcəyidir. Bir neçə mütəxəssisin adı çəkilsə də, ən real namizəd Hans Flik göstərilir.
Offsideplus.az xəbər verir ki, "Bavariya"nın baş məşqçisi verdiyi açıqlama ilə gəzən söz-söhbətlərə son qoyub. O, klub saytına açıqlamasında bunları deyib: "Bavariya" ilə 2023-cü ilə qədər müqaviləm var. Burda özümü xoşbəxt hiss edirəm, ona görə də daha çox işləyib titullara sahib olmaq istəyirəm. Düzü, gələcəklə bağlı düşünməyə vaxtım yoxdur".
Qeyd edək ki, 56 yaşlı mütəxəssis "Bavariya"ya 2019-un yayından rəhbərlik edir. Bu müddətdə komandası 6 titul - Çempionlar Liqasını, Klublararası Dünya Çempionatını, UEFA Superkubokunu, Almaniya çempionluğunu, ölkə kubokunu və Superkubokunu qazanıb.