"Bursaspor"un müqaviləsinə xitam verdiyi futbolçusu Ali Akman yeni komandası ilə rəsmi anlaşma imzalayıb.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı forvard "Ayntraxt"a transfer olub. Bundesliqa təmsilçisi Akman ilə 2025-ci ilə qədər razılığa gəlib. 

 Yaxın zamanlarda Ali Akman komanda ilə məşqlərə qoşulacaq.