"Bavariya"nın futbolçusu Jerom Boatenq zədələnib.
Offsideplus.az xəbər verir ki, "Borussiya" (Dortmund) ilə matçda (4-2) sıradan çıxan oyunçu dizini tutaraq meydanı tərk edib. Oyunun 69-cu dəqiqəsində xəsarət alan 32 yaşlı müdafiəçinin son durumu yekun müayinədən sonra bəlli olacaq.
Oyundan sonra Hansi Flik Boatenqin zədəsinin ciddi olduğunu açıqlayıb.