"Bavariya" dünya klublarının diqqətində olan futbolçusu ilə müqaviləni yeniləyib.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 18 yaşı yeni tamam olan Camal Musiala 2026-nın yayına qədər Münhen təmsilçisinin uğurları üçün tər tökəcək. Futbolçu sayta açıqlamasında "Bavariya"da oynamaqdan qürur duyduğunu deyib.
Qeyd edək ki, Musiala 2019-cu ildə "Bavariya"ya "Çelsi"dən keçmişdi. Cari mövsümdə əsas komandanın heyətində 26 oyun keçirib ki, 4 qolla yadda qalıb.