"Arminiya" klubunun yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Frank Kramer çalışdıracaq. 49 yaşlı mütəxəsisin müqaviləsi 2023-cu il iyunun 30-dək nəzərdə tutulub. Kramer bu vəzifədə ötən gün istefaya göndərilmiş Uve Noyxausu əvəzləyib.

Qeyd edək ki, "Arminiya" 22 turdan sonra 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.