Dünən "Ştutqard"a 5:1 hesabıyla məğlub olan "Şalke" bu gün vacib qərarlar verib.

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi baş məşqçisi Kristian Qrossu, idman direktoru Yohen Şneyderi, fiziki məşqçi Verner Leythardı və komandanın meneceri Saşa Ritheri qovub. Klubdan rəsmi açıqlanmanın verilməsi gözlənilir.

Qeyd edək ki, "Şalke" klubu hazırda turnir cədvəlində sonuncu yerdədir.