Fevralın 26-sında 18 yaşını tamamlayacaq "Bavariya"nın futbolçusu Camal Musiala milli komanda seçimini edib.

Offsideplus.az xəbər verir ki, gənc hücumameyilli yarımmüdafiəçi Almaniya millisində çıxış edəcək. Bu barədə açıqlama verən Musiala seçiminin onun üçün çətin olduğunu lakin, sonda ürəyinin səsini dinləyərək doğulduğu ölkəni təmsil etməyi seçib.

Qeyd edək ki, o, aşağı yaş qrupları üzrə İngiltərə U-21 millisində oynayırdı.