Almaniya "Ayntraxt"ı "Bursaspor"un futbolçusunu heytəinə qatdığını açıqlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ali Akman Bundesliqa təmsilçisinə keçid edib. Transfer 2021/22 mövsümündən etibarən qüvvəyə minəcək. Klubun idman direktoru Fredi Bobik 18 yaşlı forvard barədə bu sözləri deyib:

"Türk futbolunun ən böyük talantlarından birini komandamıza gətirməyi bacardıq. Ali Akman önümüzdəki illər ərzində inkişaf etdirmək istədiyimiz bir futbolçudur".

Qeyd edək ki, "Ayntraxt" Türkiyə millisinin gənc üzvü ilə 4 illik müqavilə imzalayıb.