Korentin Tolisso Bundesliqa sağlamlıq protokollarına qarşı gələrək tato etdirdiyi üçün cəzalanıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin tatu etdirdiyi anlar sosial şəbəkələrə düşüb. Bu, pandemiya dönəmində qadağan olduğu üçün Tolisso "Bavariya" tərəfindən cəzalandırılıb.

Fransalı oyunçu açıqlanmayan məbləğdə pul və "Hoffenheym"lə (4:1) oyunu buraxaraq cəzalandırılıb. Bundan əlavə, Tolisso "Tvitter" hesabında klubu xəyal qırıqlığına uğratdığı üçün rəhbərlikdən və azarkeşlərdən üzr istəyib.