Almaniyanın "Bavariya" klubu mövsümün sonunda baş məşqçisi Hans Fliklə yollarını ayıracaq.

Offsideplus.az xəbər verir ki, "Bild" nəşri  55 yaşlı mütəxəssisin İdarə Heyətinin sədri Karl-Haynts Rummeniggenin getməsi səbəbindən klubla vidalaşacağını iddia edib.

Bundan əlavə, baş məşqçinin Hasan Salihamiciçlə qarşıdurması var. 

Qeyd edək ki,  2019-cu ildən "Bavariya"nın baş məşqçisi olan Hans Flikin klubla sözləşməsi 2023-cü ildə başa çatmalıdır.