"Bavariya"nın hücumçusu Tomas Müller komanda yoldaşı Jerom Boatenqin qalmasını istəyir.
Offsideplus.az Sport Buzzer-ə istinadən xəbər verir ki, bu barədə 31 yaşlı almaniyalının özü deyib. Belə ki, Müller "Bavariya"nın müdafiəçisinin komandada qalmasını arzuladığını dilə gətirib:
"Hazırda bizimlədir. Yaya qədər müqaviləsi var. Düzgün vərəqə imza atmaqla, gələcəyi də həl etmək olar. Jerom uzun zamandır ki, yanımdadır və meydanda məni bir az da qorusa, pis olmaz".
Qeyd edək ki, Münhen təmsilçisinin Jerom Boatenqlə müqaviləsi cari mövsümün sonu başa çatır.