Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"la oyununda zədələnən "Bavariya"nın müdafiəçisi Jerom Boatenqin durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu gün tibbi müayinədən keçən 29 yaşlı futbolçunun mövsümün qalan hissəsində meydana çıxmayacağı bəlli olub. Bud nahiyyəsindən zədə alan Almaniya millisinin üzvü bu yay Rusiyada keçiriləcək dünya çempionatından da kənarda qala bilər.
Qeyd edək ki, dünən keçirilən "Bavariya" - "Real" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Boatenq 34-cü dəqiqədə zədələnərək, yerini Niklas Zyuleyə buraxmışdı.