Almaniya Bundesliqasının 16-cı turunda "Bavariya" doğma meydanda "Freyburq"u qəbul edib.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi 2:1 hesabı ilə rəqib üzərində qələbə qazanıb. Hesabl 7-ci dəqiqədə Robert Levandovski açıb. Beləliklə, bu mövsüm qollarının sayını 21-ə çatdıran polşalı hücumçu Bundesliqa tarixində 16 oyun sonra bu göstəricini əldə edən ilk futbolçu olub. O, 1968/69 mövsümündə Gerd Müllerin 20 qolluq rekordunu geridə qoyub.
62-ci dəqiqədə hesabı bərabərləşdirən Nils Petersenə 74-cü dəqiqədə Tomas Müllerdən gözəl qollu cavab gəlib: 2:1.
Xallarının sayını 36-ya çatdıran "Bavariya" beləliklə ən yaxın rəqibi arasında fərqi 4-ə qaldırıb.
Oyunun icmalını təqdim edirik:
"Bavariya" - "Freyburq" 2:1 (R.Levandovski, 7. T.Müller, 74. - N.Petersen, 62.)