Almaniyanın “Maynts” klubunun yeni baş məşqçisi məlum olub.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisini Bo Svensson çalışdaracaq. 41 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
2015-2019-cu illərdə “Maynts”da məşqçilik edən danimarkalı mütəxəssisin son iş yeri Avstriya “Liferinq”i olub.
O baş məşqçi postunda Yan-Morits Lixteni əvəzləyib.