Almaniyanın “Kicker” nəşri “Bavariya”nın baş məşqçisi Hans-Diter Fliki mükafatlandırıb.

Offsideplus.az xəbər verir ki, nəşrin sorğusu əsasında, 55 yaşlı mütəxəssis Almaniyada 2020-ci ilin futbol adamı seçilib.
Flik, “Bavariya” ilə 2020-ci ildə Bundesliqanı, Almaniya kubokunu, Almaniya superkubokunu, Çempionlar Liqasını və UEFA superkubokunu qazanıb.