"Bayer"lə görüşdə zədələnən Kinqsli Komanın zədə durumu ilə bağlı açıqlama gəlib.
Offsideplus.az xəbər verir ki, "Bavariya" bu barədə öz rəsmi səhifəsində məlumat verib. 24 yaşlı fransalının zədəsinin çox da ciddi olmadığı bildirib.
Qeyd edək ki, "Bayer" - "Bavariya" (1:2) görüşünün 33-cü dəqiqəsində xəsarət alan Koman Leroy Sane ilə əvəzlənmişdi.