"Leyptsiq" Avstriya klubu "Zaltsburq"un futbolçusunu heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, Dominik Şobozlai 20 milyon avro qarşılığında Bundesliqa klubuna keçib. Bu barədə klub öz rəsmi saytında məlumat verib.

20 yaşlı macarlı futbolçu yanvar ayından etibarən "Leyptsiq"də oynayacaq.

Yarımmüdafiəçi 2025-ci  ilə qədər Almaniya klubunda çıxış edəcək.