“Borussiya” (Dortmund) baş məşqçi postundan erkən göndərdiyi Lusyen Favra təzminat ödəyəcək.

Offsideplus.az "Bild" nəşrinə istinadən xəbər verir ki, vaxtından əvvəl müqaviləsinə xitam verilən Favr klubdan 1 milyon avro təzminat alacaq.
Dekabrın 12-də istefaya göndərilən Favr “Borussiya”nı 2018-ci ilin mayından çalışdırırdı. “Borussiya”nı mövsümün sonuna qədər komandada köməkçi-məşqi kimi işləyən Edin Terziç çalışdıracaq.