Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçisi Kinqsli Komanı satmayacaq.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi 24 yaşlı hücumameyilli oyunçuya yeni müqavilə təklifi də edilib. Yeni sazişin 2025-ci ilə qədər nəzərdə tutulacağı bildirilir.
Qeyd edək ki, 2015-ci ildən “Bavariya”nın formasını geyinən Komanın hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.