"Borussiya Dortmund" rəhbərliyi baş məşqçi Lüsyen Favr ilə yolları ayırmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, "arılar" 2018-ci ildən komandanın baş məşqçisi olan Favrı istefaya göndərib. Klubun rəsmi "tvitter" hesabındakı açıqlamada buna səbəb kimi ötən gün "Ştutqart"a 5:1 hesabı ilə uduzması göstərilib.
İsveçrəli mütəxəssislə yanaşı onun köməkçisi Manfred Stefes də göndərilib. Favrı onun digər köməkçisi Edin Terziç əvəz edib.