Almaniya Bundesliqasında 11-ci turun oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə sürpriz  nəticə qeydə alınıb. Dortmund "Borussiya"sı "evində" "Ştutqart"a biabırçı hesabla uduzub - 1:5. Komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollansa da, ikinci yarıda Ştutqart təmsilçisi 4 cavabsız topla yekun nəticəni müəyyənləşdirib. 

Bu görüşdən sonra aktivində 19 xal olan "Borussiya" 5-ci pillədə qərarlaşıb. Xalların sayını 17-yə çatdıran "Ştutqart" isə 6-cı sıradadır.

Oyunun icmalını təqdim edirik: