Bundesliqa klubu "Leyptsiq"in baş məşqçisi cənubi koreyalı futbolçusunun koronavirusa yoluxması ilə bağlı bəzi açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, Hi Çen Huenq testinin pozitiv çıxan nəticəsindən sonra özünə gəlməkdə çətinlik çəkib. Bu barədə komandanın çalışdırıcısı Yulian Naqelsman bu sözləri deyib:
"Hi Çen Huenq çox ciddi simptonlar yaşayır. İlk 7 gün ərzində mənə az qalsın ki, öləcəyini dedi. Vəziyyəti heç yaxşı deyildi".
24 yaşlı futbolçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.