"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq ilə Münhen "Bavariya"sı maraqlanır.
Offsideplus.az Mundo Deportivo-ya istinadən xəbər verir ki, Bundesliqa nəhəngi Yonq üçün danışıqlara başlamağa hazırdır.
Lakin Bundesliqa klubu niderlandlı oyunçuya görə 400 milyon avro təzminat ödəmək niyyətində deyil.
Qeyd edək ki, 2019-cu ildən Kataloniya klubunda çıxış edən de Yonqun "Barsa" ilə müqaviləsi 2026-cı ilə qədərdir.