Xarici mətbuat Jerom Boatenqin yayda İngiltərəyə üz tutacağını iddia edir.
Hətta təcrübəli müdafiəçi ilə maraqlanan komandaların adları da göstərilir: "Çelsi", "Arsenal", "Tottenhem". Səbəb Boatenqin yayda azad agent statusuna sahib olacağıdır.
Offsideplus.az "Bavariya"nın futbolçusunun "Suddeutsche Zeitung"a verdiyi açıqlamanı təqdim edir:"Mənə heç kim müraciət etməyib və heç kimlə danışmamışam. Ümumiyyətlə, bu mövzuda heç nədən xəbərim yoxdur. Açığı, yazılanları eşidəndə təəccübləndim. Nə olacağını zaman göstərəcək".
Qeyd edək ki, Almaniya millisinin də şərəfini qoruyan cüssəli müdafiəçi 2011-ci ildən "Bavariya"da top qovur.