"Bavariya"nın futbolçusu Arturo Vidal Çempionlar Liqasının yarımfinalında "Real"la ilk matçı buraxa bilər.

Offsideplus.az xəbər verir ki, çilili yarımmüdafiəçi məşq zamanı dizindən zədə alıb. Onun Madrid klubu ilə görüşü buraxa biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Bavariya" - "Real" oyunu aprelin 25-i keçiriləcək.