"Bavariya"nın hücumçusu Serj Qnabrinin COVİD-19 testi müsbət nəticə verib.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu koronavirusa yoluxduğu üçün "Bavariya" - "Atletiko Madrid" matçını buraxacaq. Koronavirus testinin nəticəsi pozitiv olan futbolçu hazırda karantindədir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq "Bavariya" - "Atletiko Madrid" matçı oktyabrın 22-si saat 23:00-da start verəcək.