Almaniya Bundesliqasının IV turu çərçivəsində "Bavariya" səfərdə "Arminiya"nın qonağı olub.

Offsideplus.az xəbər verir ki, Münhen "Bavariya"sı səfərdə rəqib torundan 4 qol keçiriblər. Tomas Müller və Robert Levandoski dubl etməklə komandaya qələbə qazandırıblar. "Arminiya" isə vurulan qollardan sadəcə birinin əvəzini çıxa bilib: 58-ci dəqiqədə Ritsu Don fərqlənib və matç 1:4 hesabı ilə başa çatıb.

Matçın icmalını təqdim edirik.

"Arminiya" - "Bavariya"
Qollar: Ritsu Don (58) - Tomas Müller (8, 51), Robert Levandovski (25, 45+1)