"Bavariya"nın futbolçusu Jerom Boatenq 5 il müddətinə həbs edilə bilər.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçi keçmiş həyat yoldaşı Şerin Sinleri döyməkdə ittiham olunur.
Sinler iki il əvvəl futbolçunun birgə tətil zamanı ona xəsarət yetirdiyini bildirib və fotoları məhkəməyə təqdim edib. Məhkəmə koronavirus səbəbindən bu günə qədər həmin işə baxmayıb. Dekabrın 10-da Boatenqin məhkəməsi olacaq. Futbolçu həbs cəzasından xilas olsa da, böyük məbləğdə cərimə ödəməlidir.
Qeyd edək ki, Jerom Boatenq ilə Şerin Sinlerin münasibəti 10 il əvvəl başlayıb və onların əkiz övladları dünyaya gəlib. Cütlük Boatenqin xəyanəti üzündən ayrılıb. İki il sonra yenidən birlikdə yaşamağa çalışsalar da, təkrar ayrılıblar.