"Bavariya" klubunun oyunçusu Tomas Müller Almaniyanın ən çox titul qazanan oyunçusu olub.
Offsideplus.az xəbər verir ki, hücumçu karyerasında 27-ci titul qazanıb. Belə ki, oyunçu 27-ci tituluna ötən gün Almaniya Superkuboku matçına "Dortmund"a qalib gələndən sonra yiyələnib.
31 yaşlı Müller Almaniya millisinin və "Bavariya"nın sabiq üzvü Bastian Şvaynştaygerin rekordunu geridə qoyub.