“Volfsburq” klubu yeni transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Soşo” klubundan Maksans Lakruanı transfer edib.

20 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.