Uzun müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan “Bavariya”nın və Almaniya millisinin qapıçısı Manuel Noyer topla məşqlərə başlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Münhen klubunun mətbuat xidməti yayıb. Məlumatda qolkiperin 6 aylıq fasilədən sonra bu gün topla məşqlərə başladığı qeyd edilib. 32 yaşlı qolkiper ötən həftə komandanın fitnes və reabilitasiya məşqçisi Tomas Vilhelmin rəhbərliyi altında fiziki məşqlərə başlamış, 20 dəqiqəyə yaxın qaçmışdı.

Xatırladaq ki, Noyer ötən ilin sentyabrında məşqdə zədələnmişdi. Əməliyyat olunan qolkiper 6 aydı yaşıl meydanlardan kənarda qalıb.