"Bavariya"nın prezidenti Karl-Heinz Rummenigge bu il "Ballon d'Or"un verilməmə qərarını sərt tənqid edib.
Offsideplus.az xəbər verir ki, əksər liqaların koronavirusun ardından tamamlandığını bildirən mütəxəssis qərarın yanlış olduğunu bu sözlərlə ifadə edib: "Təəssüf ki Fransa "Qızıl top"la bağlı belə bir qərar verib. Mənə görə bu ədalətsiz qərardır. Fransa xaric əsas liqalar davam etdirilib. Robert Levandovski karyerasının ən yaxşı mövsümünü keçirmişdi. Bu mükafata layiq idi".
Qeyd edək ki, "France Football" nəşri yaydığı açıqlamada koronavirus pandemiyası səbəbindən yaranan problemə görə "Qızıl top" mükafatının bu il heç kimə verilməyəcəyini açıqlayıb.