"Leypsiq" klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Almaniya Bundesliqa təmsilçisi "Zalsburq"un hücumçusu Hvan Hi Çhanı transfer edib. Cənubi koreyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Hi Çhan bu mövsüm 40 matçda 16 qol vurub.