"Mançester Siti" klubunun yarımmüdafiəçisi Leroy Sanenin "Bavariya"ya transferi razılaşdırılıb.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi 24 yaşlı hücumameyilli oyunçudan sonra klubu ilə də anlaşıb. Keçid 50 milyon avrodan aşağı qiymətə baş tutacaq. Almaniya millisinin üzvü yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Sane özü koronavirus pandemiyasının yaratdığı maliyyə problemi səbəbindən "Bavariya"dan tələb etdiyi 20 milyon avroluq maaşda da endirimə gedib.