Almaniyanın “Bavariya” klubu “Şalke”nin qapıçısı Aleksandr Nyubeli transfer edib.

Offsideplus.az xəbər verir ki, tibbi müayinədən keçən 23 yaşlı qapıçı Münhen təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, “Bavariya” Nyubellə ötən qışda müqaviləsi başa çatandan sonra azad agent kimi Münhen klubuna keçəcəyi barədə razılıq əldə etmişdi.