Almaniya Bundesliqasında mövsümü 82 xalla çempion qismində başa vuran “Bavariya”nın hücumçusu Tomas Müller yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisinin 30 yaşlı ulduz futbolçusu bu mövsüm 21 məhsuldar ötürməyə imza atıb.

Bu isə Bundesliqa tarixində yeni rekorddur. Müller buna meydana çıxdığı 26 oyunda nail olub.