Almaniyanın "Bavariya" klubunun futbolçusu Alfonso Devis Bundesliqanın XXXII turunda "Verder"i 1:0 hesabı ilə məğlub edib çempion olduqları matçda sürət rekordunu qırıb.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı kanadalı cinah müdafiəçisi saatda 36,51 km sürətlə qaçıb. Bundan əvvəl Almaniya çempionatında ən sürətli oyunçu saatda 36.41 km nəticə göstərən Əşrəf Hakimi sayılırdı.
Qeyd edək ki, Alfonso Devis bu mövsüm Münhen təmsilçisi ilə 37 matçda meydanda olub, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.