Leverkuzen "Bayer"inin gənc ulduzu Kai Havertz növbəti mövsümdən "Bavariya" formasını geyinə bilər.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı vinger Münhen təmsilçisi ilə danışıqlar aparır. Məlumata görə, bu keçidin reallaşması üçün "Bavariya"nın ulduz futbolçusu Tomas Müller də dövrəyə girib. Təcrübəli futbolçu həmyerlisinin komandasına gəlməsi üçün onunla şəxsən görüşərək söhbət edib. Havertzin özünün də Bundesliqa liderinə keçməyə müsbət yanaşdığı vurğulanıb.
Keçidin isə "Bavariya"ya 100 milyon avroya başa gələcəyi bildirilir. Sözügedən futbolçu ilə "Çelsi" klubu da yaxından maraqlanır. London təmsilçisi almaniyalı futbolçuya 80 milyon avro təklif edir.
Qeyd edək ki, Havertz 2016-cı ildən "Bayer"in əsas komandasında çıxış edir.