Münhen “Bavariya”sının hücumçusu Tomas Müller Bundesliqada yeni rekorda sahib olub.

Offsideplus.az xəbər verir ki, o, bir mövsümdə ən çox qol ötürməsi edən futbolçu olub. 

Dünən “Bavariya” “Bayer”ə 4:2 hesabı ilə qalib gəlib. Müller oyunda 2 qol ötürməsi edib.

Beləliklə, onun hazırkı mövsümdə verdiyi qol ötürmələrinin sayı 20-yə çatıb.